Rəşid Behbudov küçəsində binanın damında baş vermiş yanğın söndürülüb
Bakının Nəsimi rayonunda, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış binasının damında yanğın baş verib.
APA Tv xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə də məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hazırda ərazidə müayinələr aparılıb. Hadisə nəticəsində beşmərtəbəli yaşayış binasının çardağının taxta atmaları 20 m² sahədə və çardağına yığılan taxta tullantıları 15 m² sahədə yanıb.
Qeyd edək ki, yanğınla əlaqədar ətraf küçələrdə hərəkət məhdudlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR
19:48
172
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
172
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
162
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
281
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
279
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
285