Rəis müavini: “Ceyranbatanda yanğının söndürülməsinə FHN-in 300 əməkdaşı cəlb olunub”
"Yanğın haqda məlumat bu gün 11:15 radələrində Dövlət Yanğından Mühafizə Xidmətinə daxil olub. Dərhal hadisə yerinə ərazi üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub".
Bu barədə APA TV-yə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə xidmətinin rəis müavini, daxili xidmət polkovniki Əkbər Novruzov məlumat verib.
O bildirib ki, yanğının yayılması nəzərə alınmaqla Bakı qarnizonu üzrə 2-ci mürəkkəblik dərəcəsi üzrə çağırış elan olunub: “Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətinin 19 ədəd yanğın avtomobili, Xüsusi Riskli Xilasetmə Xidmətinin texnikaları, Fövqəladə Hallar Nazirliyinin müvafiq tabe olan 300 nəfərə yaxın şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri cəlb olunub. Yanğının söndürülərək məhdudlaşdırılmasına 16:25-də nail olunub. 5 saat ərzində yanğın tam söndürülüb. Yanan sahə təxminən 11,6 hektardır. Ərazidə əsasən kol-kos, qurumuş ot və ağaclar yanıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır”.
Qeyd edək ki, Fövqəladə Hallar nazirinin müavinləri - general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri də ərazidə olublar.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi