Regionlardakı şəhid ailələri və müharibə əlillərinə ev verildi
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağstafa, Ağcabədi, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Xaçmaz, Xızı, İmişli, Kürdəmir, Qazax, Quba, Lerik və Masallı rayonlarında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 fərdi ev təqdim olunub.
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən genişmiqyaslı sosial dəstək tədbirlərindən bəhs olunub.
Bildirilib ki, bu gün təqdim edilən fərdi evlər də daxil olmaqla postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4400, ümumilikdə ötən dövrdə isə 13200 mənzil və fərdi ev verilib.
Postmüharibə dövründə 324, ümumən ötən dövrdə 7500-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi