Regional Təhsil İdarələri nə vaxt işə başlayır?
“Bu ilin mart ayı ərzində Regional Təhsil İdarələrinin yaradılması ilə bağlı bütün işlər yekunlaşacaq”.
APA TV xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, bundan sonra bağçaların idarə edilməsi işini həmin idarələr həyata keçirəcək.
E. Əliyev xatırladıb ki, hazırda bağçalarla bağlı təhvil-təslim prosesi davam edir: “Nəzərə alsaq ki, ölkədə 1000-dən artıq dövlət uşaq bağçası var və bu da kifayət qədər vaxt tələb edir. Uşaq bağçalarına qəbulun elektron formada olması da planlaşdırılır. Eyni zamanda, tərbiyəçilərin də qəbul prosesinin Müəllimlərin İşə Qəbulu formatında olması düşünülür. Hazırda məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti, statistik məlumatların toplanması, işçi ehtiyacı və s. üzrə qiymətləndirmələr aparılır”.
Qeyd edək ki, ötən il dekabrın 20-də bağçalar Təhsil Nazirliyinin tabeliyinə verilib.
OXŞAR XƏBƏRLƏR
Mikayıl Cabbarov: Qarabağın inkişafına böyük diqqət ayrılıb
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişaf imkanlarından kənarda qalıb
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü