Rayonlarda yaşayanlar niyə az maaş alırlar?
Azərbaycanda rəsmi statistikaya əsasən, rayonlarda əməkhaqqı Bakıya nisbətdə iki dəfə azdır. Reallıq budur ki, mövcud durum urbanizasiya prosesinin sürətlənməsinə səbəb olur. Yanacaq, kommunal xərclər, çörək, yağ-qənd kimi təməl qidalar hər yerdə eyni qiymətədirsə, məvaciblərdə niyə bu qədər fərq yaranıb? Milli Məclisin deputatı Fazil Mustafa deyir ki, bölgələrlə Bakı arasında kəskin fərq təkcə məvaciblərdə müşahidə olunmur. İqtisadçı ekspert Rəşad Həsənovun fikrincə isə bu daha çox bu iqtisadi münasibətlərin və iqtisadi inkişaf formasiyalarının xarakterindən irəli gələn məsələdir. İqtisadçı ekspert Xalid Kərimli isə deyir ki, bu cür fərqlər yalnız Azərbaycan üçün xarakterik deyil. Ekspertlər düşünürlər ki, paytaxtla bölgələr arasında maaş fərqini nisbətən azaltmaq üçün ilk növbədə rayonlarda iş yerlərinin sayını artırmaq lazımdır. Əks təqdirdə Bakıya axın davam edəcək və bununla paralel olaraq paytaxtda tələb-təklif artdığından, məvaciblər arasındakı fərq daha da kəskinləşəcək. ELMİR HƏSƏN ARİF ƏLİYEV APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi