Rayon sakini təkbaşına silsilə oğurluqlar etdi
Qusarda silsilə oğurluqlar edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakini Şahin Əfəndiyev saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində müxtəlif evlərdən oğurluq etməklə ümumilikdə zərərçəkmişlərə 1300 manatdan çox pul, 46000 rus rublu və ümumi dəyəri 10000 manatdan çox olan qızıl-zinət əşyalarını gizli talamaqla zərər vurduğu müəyyən edilib.
Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Şahin Əfəndiyevin barəsində həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
18:19
393
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
18:00
422
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
14:07
690
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
944
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
1136
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1605