Rayon sakini babasından qalan silaha görə saxlanıldı
Lənkərandan Şəmkirə odlu silah satmağa gələn keçmiş məhkum saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində odlu silahı 600 manata satmaq istəyən Bakı şəhər sakini Emil Dadaşov saxlanılıb. Polis şöbəsində şübhəli şəxsin üzərinə baxış keçirilən zaman 1 ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 5 ədəd həmin tüfəngə məxsus patron və narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs silahın vəfat etmiş babasından qalmasını, uzun müddət Lənkəran rayonundakı qəbiristanlıqda babasının məzarında gizlətdiyini və Şəmkir rayonuna satmaq məqsədi ilə gətirdiyini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib