Rasim Məmmədovun 70 milyonluq əmlakı üzərinə həbs qoyuldu
“Baku Steel Company”nin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı əmlakları üzərinə həbs qoyulub.
APA TV həmin əmlakların siyahısını əldə edib.
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi, bir zavod, bir neçə fərdi yaşayış evi və bağ evinin üzərinə həbs qoyulub. Bu əmlakların qiyməti ümumilikdə 70 milyon manat civarındadır.
Bakı Oksford Məktəbinin təsisçisi Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.
Üzərinə həbs qoyulmuş əmlakların təxminən 30 milyon manat təşkil edən hissəsinin Rasim Məmmədovun qohumlarının adına rəsmiləşdirildiyi bildirilir. Bununla bağlı onlar ilk prosesdə vəkil vasitəsilə məhkəmədə vəsatət qaldırıb, müstəqil tələb irəli sürən üçüncü tərəf kimi tanınmalarını istəyiblər. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."