Ramiz Mehdiyev və Əli Həsənov işdən çıxarıldı
Prezidentin sabiq köməkçisi Əli Həsənov Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, AMEA-nın prezidenti Ramiz Mehdiyev Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifələrindən çıxarılıb.
Dövlət İdarəçilik Akademiyasının mətbuat katibi Yusif Ağayev APA TV-yə bildirib ki, akademiyada kafedra müdiri seçkiləri müsabiqə əsasında aparılır: "Müsabiqə elan olunur və 1 aydan çox vaxt verilir. O müddət ərzində həmin şəxslər müsabiqəyə sənəd vermədikləri üçün onların seçilməsi baş tutmayıb. Yeni şəxslər müsabiqəyə sənəd verib və seçiliblər".
Yusif Ağayev bildirib ki, bir çox kafedralarda da dəyişiklik olub.
Qeyd edək ki, Əli Həsənovun indiyədək tutduğu vəzifəyə Azərbaycanın Gürcüstandakı sabiq səfiri Namiq Əliyev, Ramiz Mehdiyevin indiyədək tutduğu vəzifəyə isə Rəcəb Rəhimli seçilib.
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”