Rafael Cəbrayılov: “Türkiyədə qərara gəldim ki, istefa verim”
“Deputat vəsiqələrimi girov qoymağım barədə məlumatlar tamamilə yanlışdır və absurddur".
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin üzvlüyündən istefa verən Rafael Cəbrayılov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, həmin qadına Almaniyaya getmək üçün təminat məktubu verib: “Təranə Fətəliyeva adlı qadın ginekoloqdur, ailəvi yaxınıq. Qardaşım Elşənin tikinti şirkətinə pul qoyub. Sonuncu devalvasiyadan sonra onlar arasında problem yarandı. Mənə zəng elədi, dedi ki, qardaşın Cəbrayılov Elşən məni təhqir elədi. Mənim yanımda da uşaqlıq rəfiqəm var həyat yoldaşı ilə, belə lazım deyildi. Mən də dedim ki, gəlin bizə. Bizə gəldilər. Gördüm ki, xanımın əlləri əsir. Elşənə zəng elədim, dedi ki, devalvasiyadan sonra məbləği 3 qat qaldırıblar. Dedi ki, mən mənzil təklif elədim, qəbul etmədi. Mənimlə bağlı məhkəməyə müraciət elədi".
R.Cəbrayılov haqqında yayılan məlumatlardan sonra deputatlıqdan imtina etmək qərarına gəldiyini bildirib: “Bakıda olsaydım, həmin gün mətbuat konfransı keçirərdim. Bu gün Bakıya gəlmişəm. Həyat yoldaşım ikinci ürək əməliyyatı keçirmişdi. Haqqımda yazılanlar dəhşət idi. Türkiyədə qərara gəldim ki, istefa verim. Bakıya gələn kimi istefa məktubunu təqdim etdim. Bəziləri tələsdiyimi dedi. Mən gəlib burda çıxış etməyə utandım. Ona görə birbaşa istefa verdim”.
R.Cəbrayılov artıq istirahət etmək istədiyini və növbəti seçkilərdə iştirak edib-etməyəcəyi haqda qərar hələ vermədiyini deyib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."