Qusarda və Sumqayıtda baş verən faciədə ölənlər QOHUM İMİŞ
Bu gün Qusarda baş verən ailə faciəsi ilə bağlı xəbər vermişdik.
Lent.az-ın məlumatına görə, Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının meyitləri aşkar edilib. Onların dəm qazından boğulduğu bildirilir.
Həmin hadisədən bir saat sonra Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Belə ki, "Mercedes" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü - sürücü 34 yaşlı Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 23 yaşlı Ələkbərova Fidan Mövsüm qızı və onların bir yaşlı övladları Həmzə hadisə yerində ölüblər.
Sosial şəbəkələrdə yayılan məlumata görə, hər iki ailə faciəsi bir-biri ilə əlaqəli olub. Belə ki, yol qəzasında həyatını itirən Fidan Ələkbərovanın Qusarda dəm qazından boğularaq ölən Əminənin bacısı olduğu bildirilir. Fidan ailəsi ilə birlikdə Qusara bacısının yasına gedirmiş.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı