Qusarda canavarlar təsərrüfata hücum etdi – 12 QOYUNU PARÇALADILAR
Qusarda canavarlar vətəndaşlara məxsus təsərrüfata hücum edib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Həsənqala kəndində qeydə alınıb. Kənd sakini Şöhrət Nemətova məxsus tövləyə girən yırtıcılar 11 qoyunu parçalayıb. Bundan başqa, canavarlar digər kənd sakini Cavanşir Zeynalovun da bir baş qoyununu parçalayıblar. Zərərçəkənin sözlərinə görə, hadisə gecə saat 3-4 radələrində baş verib.
Kənd sakini Şöhrət Nemətov hadisənin səhər saatlarında baş verdiyini deyir: “5 radələrində gördüm qoyunların səsi gəlir. Gələndə gördüm canavar boğub, birini aparıb. 11 başdan birini aparıb, 4-ü ölüb, 6 yaralıdır. Özüm də heç yerdə işləmirəm, təsərrüfatla məşğul idim. Bilmirəm indi ziyanı kim ödəyəcək”.
Zərərçəkən Cavanşir Zeynalovun sözlərinə görə, yırtıcının hündür hasardan keçdiyini bildirir: “Saat 5 radələrində səs eşitdim, düşdüm həyətə. Baxdım gördüm ki, qoyunlar keçib bağa. Keçib həyətə gördüm ki, qoyunlardan birini canavar parçalayıb. Düşməyimin səsini eşidib qaçıb. Hündür 2 metrlik hasardan keçib qoyunları parçalayıb”.
Qusar rayon Baytarlıq idarəsinin əməkdaşı Səfdər Məhərrəmov əraziyə baxış keçirildiyini deyir: “Məlumata əsasən gəlib baxış keçirdik. Gördük qoyunları parçalayıb, birini də aparıb. Hadisə yerində dezinfeksiya işləri aparılacaq, ölü qoyunlar da basdırılacaq”.
Sakinlərin sözlərinə görə, iki ay əvvəl də kənddə canavarların təsərrüfata hücumu qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi