Qurum rəsmisi: “Xəstəliyə yoluxmuş heyvanların kəsilib satılması...”
Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində baytarlıq xidməti sahəsində aparılan epizootik tədbirlər dair mətbuat konfransı keçirilib. 2019-cu ilin 6 ayı ərzində heyvanlar arasında aparılan epizootik tədbirlər barədə məlumat verən qurumun şöbə müdiri Ramiz Salmanov bildirib ki, Azərbaycanda vətəndaşların qidasının əsas hissəsini təşkil edən ətlik-südlük heyvanların sağlamlığının təmin olunması məqsədilə epizootiya əleyhinə vaksinasiyası davamlı aparılıb. Qarayara, dabaq, leptospiroz, quduzluq, qoyunların çiçəyi, nodulyar dermatit, bruselyoz kimi xəstəlikləri aşkar etmək, yayılmasının qarşısını almaq məqsədilə 106480 baş iribuynuzlu, 8643 baş xırdabuynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib. Ramiz Salmanov deyib ki, quduzluq xüsusi təhlükəli zonoz xəstəlikdir. Bununla əlaqədar olaraq, 240 minə qədər sahibli itlərdə, it dişləmə ilə bağlı 617 baş iribuynuzlu, 70 baş xırdabuynuzlu heyvanda quduzluğa qarşı məcburi vaksinasiya tədbiri aparılıb. Bəzi vətəndaşların xəstəliyə yoluxmuş heyvanlarını kəsib satması ilə bağlı Ramiz Salmanov bildirib ki, Avropada kənd təsərrüfatına yararlı heyvanların icbari sığortası aparılır və proses daimi nəzarət altındadır. Həmin ölkələrdə xəstəlikdən tələf olan heyvanların vətəndaşa vurduğu ziyan sığorta şirkəti tərəfindən ödənilir. Buna görə də insanlar belə heyvanların kəsilib satılması faktı kimi qanunsuz və təhlükəli addımlar atmır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."