Quru Qoşunlarında komanda-qərargah təlimi keçirilib
2022-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimi keçirilib.
MN-dən APA TV-yə verilən məlumata görə, plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin idarəetmə orqanlarının ərazidə açılması təmin olunub və bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib. Tapşırıqların icrası ilə bağlı komandirlərin məruzələri dinlənilib.
Təlimin əsas məqsədi bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini daha da təkmilləşdirməkdir.
Komanda-qərargah təlimində qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə