Qurban Yetirmişli: “Bakıdaykən niyə Cəlilabaddakı zəlzələnin təşvişini yaşamalıyam?”
Son günlər Azərbaycanın bəzi bölgələrində tez- tez zəlzələ qeydə alınır. Senytabrın 3 - ü yerli vaxtla saat 20:38-də Kürdəmir rayonunda maqnitudası 5,2, ayın 4- ü isə Kürdəmir stansiyasından 18 km cənubda maqnitudası 3 olan zəlzələ qeydə alınıb. Zəlzələ ilə əlaqədar Ağstafa-Bakı sərnişin qatarının sürət həddi 50 km/ saata endirilib. Baş verən zəlzələlər güclü dağıntıya səbəb olmasa da, təbii ki, insanlarda qorxu, təşviş yaradır. Üstəlik yeraltı təkan təşvişinə bir az da təkan verən mobil telefonlara zəlzələ ilə bağlı xəbərdarlıqların gəlməsidir. Bəs bu xəbərdarlıqların əsası varmı, telefonumuzda yaxın bir saat ərzində zəlzələ gözlənilir məlumatını oxuduqda necə davranmalıyıq? Yəni telefonlara zəlzələ xəbərdarlığının gəlməsi həmin ərazidə zəlzələ olacağını deyil, ölkə ərazisində hər hansı bölgədə zəlzələ qeydə alındığını xəbər verir. Xülasə, smartfonlarınıza zəlzələ ilə bağlı gələn xəbərdarlıqlar səbəbindən təşvişə düşməyinizə ehtiyac yoxdur. Əgər bir neçə saatdan sonra zəlzələ olacaq deyə məlumatı oxuyursunuzsa, bu hansısa bölgədə, ərazidə qeydə alınan zəlzələnin xəbərdarlığıdır.
Fatma Zahidqızı, Arif Əliyev, APA TV
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi