Qumbara əlində partladı - ÖZÜ ÖLDÜ, QONŞUSU ÖLÜMCÜLDÜ

 

Tərtər sakininin əlində qumbara partlayıb. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, nəticədə 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb. Hadisə Təzəkənd kəndi ərazisində baş verib. Kənd sakini 1991-ci il təvəllüdlü Hüseynov Elmir Bəkir oğlunun əlində partlayan qumbara onu canından edib, yaxın qonşusu 55 yaşlı Abbasov Fikrət Musa oğlu ağır bədən xəsarəti alıb. Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu deyir. Hadisənin motivi araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR