Qüdrət Həsənquliyev: “Neft şirkətləri əmin idilər ki, Heydər Əliyev sabitliyi bərpa edəcək”

XX əsrin son onilliyinin ən möhtəşəm enerji, iqtisadi layihələrindən biri də məhz bu layihə idi. Bu layihənin imzalanması birmənalı şəkildə Heydər Əliyevin böyük dühasının və iradəsinin sayəsində mümkün ola bildi”.

 

Söhbət iki gün sonra 25-ci illiyini qeyd edəcək “Əsrin müqaviləsi”ndən gedir. Bu münasibətlə “Əsrin müqaviləsi”: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda dəyirmi masa keçirilib.

 

APA TV-nin xəbərinə görə, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, Heydər Əliyevin həyata keçirdiyi siyasətin içərisində mühüm yerlərdən birini Azərbaycanın neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi tuturdu:Bu vaxta qədər də Azərbaycanın karbohidrogen ehtiyatlarının həyata keçirilməsi, hasil edilməsi, dünya bazarlarına çıxarılması ilə əlaqədar bir neçə cəhdlərin olmasına baxmayaraq onlar müxtəlif təzyiqlərin səbəbindən və yaxud digər amillərlə əlaqədar olaraq reallaşa bilməmişdi. Yalnız Heydər Əliyevin dühasının sayəsində bu layihənin həyata keçirilməsi mümkün oldu”.

 

Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Heydər Əliyevin neft strategiyasının başlanğıcının “Əsrin müqaviləsi” ilə başlandığını bildirib:Cənab Heydər Əliyev ikinci dəfə respublikaya gələndə başqa sahələrdə olduğu kimi Azərbaycanın neft sənayesinin də vəziyyəti o qədər də yaxşı deyildi. Ümumiyyətlə, Sovet İttifaqının axırıncı illərində Azərbaycanın neft sənayesi əsasən də dəniz neftinə o qədər də fikir verilmirdi. Çünki hesab olunurdu ki, bu baha-başa gəlir. Sibirdə və başqa yerlərdə o vaxt-Sovet İttifaqında yeni yataqlar kəşf olunub, onları istismar eləmək daha başa gələr. Ona görə də neft sənayesinin vəziyyəti çox ağır idi”.

 

Xoşbəxt Yusifzadə sentyabrın 1-nə qədər Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan 492 mln. ton neft hasil edildiyini, ölkənin təsdiq olunmuş qaz ehtiyatlarının 2,6 trln. kubmetr təşkil etdiyini deyib. O, həmçinin qeyd edib ki, hazırda Cənub Qaz Dəhlizinin yaradılması çərçivəsində Trans-Adriatik qaz kəmərinin tikintisi davam etdirilir və gələn il kəmər istifadəyə veriləcək. 

 

Azərbaycan Dövlət Neft Fonduna icraçı direktorunun müavini İsrafil Məmmədov indiyədək fonda 154,6 mlrd. ABŞ dolları məbləğində vəsait daxil olduğunu deyib. O bildirib ki, fonda daxil olan 148,3 mlrd. dollar neft-qaz layihələrinin həyata keçirilməsindən əldə edilən, qalan 6,3 mlrd. dollar Fondda toplanan vəsaitlərin idarə edilməsindən daxil olan vəsaitdir.

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev müqavilənin iqtisadi tərəfləri ilə yanaşı, siyasi tərəflərinin də ölkəmiz üçün az əhəmiyyətli olmadığını vurğulayıb. Bildirib ki, bu da mərhum prezident Heydər Əliyevin adı ilə bağlıdır: “Ona görə ki, mən hərdən fikirləşəndə ki, necə oldu bu  kontraktı imzalamaq mümkün oldu 7 dövlət, 11 neft şirkəti ilə. Onlar daxilən əmin idilər ki, Heydər Əliyev Azərbaycanda sabitliyi bərpa edə biləcək. Burada əmin-amanlıq yarada biləcək ki, qoyduqları pulu götürsünlər, pul qazansınlar. Heydər Əliyev də əmin idi ki, bu kontraktı imzalamaqla həmin dövlətlərin dəstəyini alacaq, onların dəstəyi ilə ölkədə sabitliyi bərpa edə biləcək. Həqiqətən də qarşılıqlı inam özünü doğrultdu”.

 

Sonda tədbir çıxışlarla davam edib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR