Qubaya 43 sm qar yağıb, temperatur mənfi 15 dərəcəyədək enib
Şimal bölgəsində qarın hündürlüyü 43 sm-ə çatıb, temperatur mənfi 15 dərəcəyədək enib
Ötən gün axşam saatlarından hava şəraitinin kəskin dəyişməsi nəticəsində şimal bölgəsinin bütün rayonlarına qar yağıb.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, bölgədə ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 43 sm-ə çatıb.
Qubanın Qrız kəndində qarın hündürlüyü 40, Xaltanda 35, rayon mərkəzində isə 11 santimetrdir. Xızının Altıağac qəsəbəsində qarın qalınlığı 36, Şabranda 2, Xaçmazın Nabran kəndində 1, Qusarın Yasab kəndində 15 sm olub.
Qubanın Qrız kəndində temperatur mənfi 15 dərəcəyədək enib.
Hazırda şimal bölgəsinə qar yağmaqda davam edir.
OXŞAR XƏBƏRLƏR
19:48
402
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
399
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
375
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
307
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
305
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
312