Qubanın sovqat xonçalarının bəzəyi - Quba tıxması
Bayram süfrələrinin bəzəyi dadlı şirniyyatlardır. Azərbaycanda hər bölgənin özünəməxsus şirniyyat növləri var. Bəzən eyni şirniyyat ayrı-ayrı regionlarda fərqli formada və üsulla hazırlanır.
Qubada bayram süfrəsi üçün hazırlanan şirniyyatlar arasında şəkərbura və tıxma ilk sırada gəlir.
Qubalılar şəkərburanı qozçörəyi adlandırır. Burada hazırlanan qözçörəyi şəkərburadan ölüçsünün böyük olması, üzərindəki naxışlar və içliyi ilə fərqlənir.
Tıxma isə Qubanın özünəməxsus şirniyyat növlərindən biridir. Şorqoğalı kimi yumru formada olsa dadı şirin, üzəri və kənarları şəkərbura kimi naxışlıdır.
Tıxmanın üzərinə şəkərburada olduğu kimi naxışlar vurulur.
Qubada bayram öncəsi qohum və qonşular bir yerə toplaşıb, şəkərbura, tıxma bişirir, nişanlı qızlar üçün bayram xonçası hazırlayırlar.
Qubalıların bayram sovqatları içərisində tıxma şirniyyatı ilə doldurulmuş xonça xüsusi yer tutur. Tıxma şirin olduğundan həm də uşaqların ən sevimli şirniyyatlarındandır.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib