Qubanı talayanların başqa cinayətləri də ortaya çıxdı - OĞRULAR ETİRAF EDİR
İyulun 29-da Quba polisi tərəfindən rayon ərazisindəki mağazalardan silsilə oğurluqlar edən dəstə üzvlərinin digər cinayət əməllərinin də üstü açılıb. APA TV-nin şimal bürosunun məlumatına görə, Lerik rayon sakinləri - 29 yaşlı Amil Vəliyevin, 33 yaşlı Sadət Azadovun, 31 yaşlı Təhməz və 38 yaşlı Əkbər Dadaşovların ətraflarında aparılan istintaq tədbirləri nəticəsində onların daha yeddi rayonda analoji cinayətlər törətdiyi məlum olub. Adı çəkilən şəxslər cari ilin iyul ayının müxtəlif günlərində Ağsu, İsmayıllı, Hacıqabul, Qaradağ, Qobustan, Sabirabad və Şamaxı rayonlarında yerləşən fərdi yaşayış evlərinə, aptek və mağazalara qanunsuz daxil olaraq, oradan nağd pul, müxtəlif növ içkilər, tütün məmulatları və telefon aksessuarları, eləcə də Qaradağ rayonunda yerləşən mağazaların birində olan iki ədəd ödəmə terminalı və seyfdən 12000 manata yaxın pulu oğurlamaqla, ümumilikdə zərərçəkmişlərə külli miqdarda maddi ziyan vurublar. Həmin şəxslərin ətrafında istintaq hərəkətləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."