“Qubadlının adı Sanasardısa, hamınız satqınsınız” - Paşinyan yenə əsəbiləşdi
“Mən “Şərəfim var” və “Hayastan” partiyasının üzvlərindən tələb edirəm ki, bu rayonun rəsmən necə adlandığını aydınlaşdırsınlar – “Sanasar”, yoxsa Qubadlı?”
APA TV xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan parlamentinin martın 2-də keçirilən iclasında deyib. Belə ki, Ermənistan parlamentinin müxalif deputatı Ripsime Stambultsyan Paşinyana “hökumət Qarabağın 75 faizini satdı, Ermənistanda taxıl qıtlığı var” deyərək, taxıl ehtiyatlarının təmin edilməsi üçün hansı addımların atılacağını soruşub.
Paşinyan isə ona belə cavab verib:
Sitat: "Mən tribunaya qalxmazdım. Amma siz israr edirsiniz ki, biz torpaqların 75 faizini düşmənə vermişik. “Şərəfim var” və “Hayastan” fraksiyalarından rəsmən tələb edirəm ki, öz mövqelərini bildirsinlər: “Sanasar”, yoxsa Qubadlı? Əgər Qubadlı yox, “Sanasar”dırsa, bəs niyə rəhbərləriniz bu ərazilərin Azərbaycana verilməsi ilə bağlı 20 il danışıqlar aparıblar? Üstəlik bunu açıq şəkildə ediblər”. Sitatın sonu
Nikol Paşinyan onu satqınlıqda ittiham edən müxalif deputatlara Sarkisyan və Koçaryanın qəbul etdiyi Madrid prinsiplərində 7 rayonun Azərbaycana qaytarıldığını da bildirib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ