Qubadan maşın qaçırıb, Gürcüstana keçmək istədi - 20 İL HƏBS YATIB
Qubada avtomobil qaçıran şəxs yaxalanıb.
APA TV-nin şimal bürosunun məlumatına görə, rayonun Püstəqasım kənd sakini Niyazi Abdullayev polisə ona məxsus “VAZ-21011” markalı avtomobilinin qaçırıldığı barədə məlumat verib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini və onu qaçıran şəxs tutulub. Saxlanılan Sumqayıt şəhər sakini, 38 yaşlı Elnur Nöhbalıyev ömrünün 20 ilini həbsxanalarda keçirib. O, Qazax rayonu ərazisindən dövlət sərhədii keçmək istəyərkən saxlanılıb və Qubaya gətirilib: “Qubada anadan olmuşam, Sumqayıtda yaşayıram. Qubaya qonaq gəlmişdim, yeyib-içirdim. Sonra çox içdim bayıra çıxdım. Darıxırdım, istəyirdim Sumqayıta evimizə gəlim. Maşına mindim, sürdüm yoluma davam etdim. Siyəzəndə maşın xarab oldu, pirin qabağında saxladım ki, maşın getmir.
Maşını orda qoyub qaçdım Sumqayıta. Gəlib paltarımı götürüb, Gürcüstana getmək üçün gömrüyə getdim. Orda məni tutdular və Qubaya göndərdilər. Gəlib maşının yerini göstərdim. Əvvəl maşın oğurluğuna görə dəfələrlə tutulmuşam. 20 ilə yaxın həbsdə yatmışam”.
Nəqliyyat vasitəsi tapılaraq sahibinə təhvil verilib.
Saxlanılan şəxsin başqa analoji cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək