Qubada yeni məktəbin açılışı olub

 

Qubanın Alekseyevka kəndində tam orta məktəbin açılışı olub.

APA TV-nin şimal bürosunun məlumatına görə, mərasimdə Təhsil naziri Ceyhun Bayramov, İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, təhsil ictimaiyyətinin nümayəndələri, yerli sakinlər iştirak edib.

Nazir Ceyhun Bayramov çıxışında "Bilik günü" və məktəbin açılışı münasibətilə təhsil işçilərini, şagird və valideynləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb.

Qeyd edib ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin təhsil şəraitini yüksəldir: “Son illər dövlət investisiya proqramları və ölkə başçısının sərəncamları ilə ölkədə çoxlu sayda yeni məktəb tikilib və ya əsaslı təmir olunub. Təkcə bu dərs ilində ölkədə 84 yeni məktəb tikilib. Yeni dərs ili münasibəti ilə onlardan 43-ün açılışı keçirilib. Qalan 41 məktəb isə ilin sonunadək təhvil veriləcək”.

Nazir məktəbi gəzib.

Qeyd edək ki, 960 yerli orta məktəb binasının tikintisinə ötən ilin dekabr ayında başlanılıb. Üçmərtəbəli təhsil ocağında 40 sinif, 6 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, akt, oxu zalları, kitabxana və 234 yerlik yeməkxana var.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR