Qubada toy edən bəy və 29 nəfər cərimələndi – KARANTİN QAYDALARINI POZDUQLARI ÜÇÜN
Qubada karantin rejiminin qaydalarını pozaraq toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin yerli bürosunun məlumatına görə, Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayonun Qəçrəş kəndi ərazisində yerləşən restoranların birində toy mərasimin keçirildiyini aşkarlayıblar. Polis əməkdaşları tərəfindən toy mərasimi dərhal dayandırılıb, restoranın sahibi Firdovsi Əliyev, bəy Alim Mirzəyev və 28 nəfər şəxs saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Şöbədə onlarla profilaktiki söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.
Firdovsi Əliyev, Alim Mirzəyev və məclisdə iştirak edən digər şəxslər barəsində protokollar tərtib olunaraq hər biri 200 manat məbləğində cərimə ediliblər.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi