Qubada təhlükəli doğuş keçirən ana və körpəsi ölümdən döndü
Qubada təhlükəli doğuş keçirən ana və körpəsi xilas edilib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu Qusarçay sakini 34-35 həftəlik hamilə qadın oktyabrın 22-də uşaqlıqda ağrılı çapıq diaqnozu ilə Quba Regional Perinatal Mərkəzinə daxil olub.
Qadının üzərində ultrasəs müayinəsi aparılan zaman ciftin çapığa birləşməsi aşkar edilib. Ananın həyatına təhlükəli vəziyyət nəzərə alınaraq, dərhal əməliyyata başlanılıb. Əməliyyat Quba rayon Mərkəzi Xəstəxanasının, Quba Regional Perinatal Mərkəzinin və Səhiyyə Nazirliyinin sanaviasiya xidmətinin cərrahları tərəfindən birgə həyata keçirilib. Nəticədə ananın həyatı xilas edilib.
Reanimasiya tədbirləri nəticəsində yeni doğulan körpəni həyata qaytarmaq mümkün olub. Vəziyyətə uyğun olaraq uşağa müasir müalicə metodu sayılan passiv hipotermiya üsulu tətbiq edilib və bədən hərarəti 33-34 dərəcəyə endirilib. Uşağa tənəffüs dəstəyi verilib. Hazırda körpə sərbəst nəfəs alır, çəkisi artır. Ana və uşağın vəziyyəti qənaətbəxş qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək