Qubada Regional Mətbəx Festivalı keçirilir
Qubada Regional Mətbəx Festivalına start verilib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Nizami parkında təşkil olunan festival iki gün davam edəcək. Xaçmaz Regionla Mədəniyyət İdarəsi, Quba Destinasiya Menecmenti Təşkilatı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı ilə ərsəyə gələn tədbirdə yerli və regional icma nümayəndələrinin, region istehsalçılarının və turizm sahəsi peşəkarlarının məhsulları nümayiş olunur. Həmin məhsullar “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalarda satış məqsədilə təqdim olunur. Dövlət Turizm Agentliyinin nümayəndəsi Ülfət Mehdiyev deyir ki, son zamanlar Azərbaycanda yeni turizm məhsulların hazırlanması ilə yanaşı, qastronomik turizmin inkişafı üçün də bir sıra işlər görülür: “Ötən il “Mətbəx günü” adlı tədbir keçirilmişdi, həmin tədbir maraqla qarşılanmışdı. Bunu nəzərə alaraq Dövlət Turizm Agentliyi daha geniş formatda tədbir keçirməyi qərara alıb. Bu tədbirin Quba keçirilməsi də təsadüfi deyil. Buna səbəb bölgədə müxtəlif xalqların nümayəndələrinin yaşamasıdır”. Bundan əlavə, qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçiriləcəyi “əsas səhnə” zonası, həmçinin qida, iaşə və məhsul istehsalı sahəsində çalışan mütəxəssislər üçün təlim məqsədli “Master-klasslar” ərazisi xidmət göstərir. Uşaqlar üçün isə əyləncə parkı qurulub. İki gün ərzində milli musiqi nümunələri, rəqslər, tanınmış müğənnilərin ifaları, müxtəlif tamaşalar və uşaqlar üçün proqramlar qonaqların xidmətində olacaq.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."