Qubada koronavirus xəstəsini qohumları ilə görüşdürən tibb işçisi saxlanıldı
Qubada koronavirus xəstəsini qohumları ilə görüşdürən tibb işçisi saxlanılıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım stansiyasında böyük tibb qardaşı işləyən Bəhramxan Balazadə epidemiya və karantin rejimi qaydalarını pozaraq, xüsusi mühafizə olunan xəstəxanada koronavirus pandemiyasından stasionar müalicə alan qohumunun yeniyetmə övladları ilə görüşməyini təşkil edib.
Yeniyetmələri xüsusi geyim forması olan skafandr, tibbi maska və tibbi eynəklə təmin edən və təyin olunmuş xüsusi karantin qaydalarını kobud şəkildə pozan tibb işçisinin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb və o, saxlanılaraq polis şöbəsinə gətirilib.
İlkin dindirilmə zamanı Bəhrəmxan Balazadə törətdiyi əməlini etiraf edərək, peşman olduğunu bildirib: “Mən Quba MRX-da tibb işçisi vəzifəsində çalışıram. Səhvimi başa düşürəm və bir daha belə səhvlərə yol verməyəcəm”.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”