Qubada doğuş zamanı ana və körpə ölüb - APA TV
Quba rayonunda ana və körpə ölümü olub.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonundan Quba Perinatal Mərkəzinə gətirilən Xaçmaz sakini 1981-ci il təvəllüdlü Pərzad Qasımova dünyasını dəyişib.
Quba Rayon Mərkəzi Xəstəxanası ana və uşaq ölümü ilə bağlı açıqlama verib.
Xəstəxanadan bildirilib ki, 17.10.2022-ci il tarixində saat 01:30-da təcili tibbi yardım avtomobili ilə 1981-ci il təvəllüdlü 34-35 həftəlik hamilə olan Q.P. Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Quba Regional Perinatal Mərkəzinə yerləşdirilib. Pasiyent tibb müəssisəsinə daxil olarkən kritik ağır - aqonal vəziyyətdə olub.
Mərkəzin Qəbul bölməsinə yerləşdirilən xəstəyə həkim heyəti tərəfindən ilkin tibbi yardım göstərilib. İlkin müdaxilə zamanı pasiyentdə hemorragik şok, uşaqlığın çapığının cırılması və onun bətnində ölü döl olduğu məlum olub.
Pasiyentə göstərilən bütün tibbi xidmətlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Vəli Turan, Rizvan Hacıyev, APA TV
OXŞAR XƏBƏRLƏR
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq