Qubada cinayətkar dəstə ələ keçdi - RAYONA GECƏ GƏLİBLƏR

Qubada silsilə oğurluq edən dəstə saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) APA TV-yə verilən məlumata görə, Quba polisinin keçiridiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mağazalardan silsilə oğurluqlar edən dörd nəfərdən ibarət oğru dəstə tutulub. Araşdırmalarla onların Lerik rayonu sakinləri, 29 yaşlı Amil Vəliyev, 33 yaşlı Sadət Azadov, 31 yaşlı Təhməz Dadaşov və sonuncunun qohumu 38 yaşlı Əkbər Dadaşov olduqları müəyyən edilib. Dindirilmə zamanı həmin şəxslər əməllərini etiraf edib. Onların ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, dəstə gecə saatlarında Quba rayonuna gələrək, burada yerləşən üç mağazadan pul və tütün məmulatları oğurlayıb, Əkbər Dadaşova məxsus minik avtomobili ilə hadisə yerindən uzaqlaşıb. Növbəti dəfə başqa bir mağazaya daxil olmaq istəsələr də buna nail ola bilməyiblər. Oğurluq hadisəsi zamanı əldə edilmiş pulun və tütün məmulatlarının bir qismi, eləcə də hadisə zamanı istifadə edilmiş qara maskalar, əlcəklər, kustar üsulla hazırlanmış odlu silah və digər alətlər həmin şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etmələri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR