Qubada brilyant satan dələduz dəstə üzvləri yaxalandı
Quba polisi tərəfindən rayon ərazisində brilyant satan dələduz dəstə ifşa olunub. DİN-dən APA TV-nin şimal bürosunun məlumatına görə, gecə saatlarında keçirilən tədbir zamanı rayon ərazisində küllü miqdarda dəyəri olan iki ədəd brilyant satmaq istəyən beş nəfər iş başında saxlanılıb. Araşdırmalarla onların Quba rayon sakinləri - 62 yaşlı Əkbər Rzayev və 63 yaşlı İkram Pirimov, Bakı şəhər sakini 58 yaşlı Güllü Nazirova, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri - 58 yaşlı Azad Rəşidov və 42 yaşlı Emil Canayev olduqları məlum olub. İlkin dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, iki ədəd 5 və 7 karatlıq brilyant daşı 163 min manat müqabilində Qubada satmaq istədiklərini bildiriblər. Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."