Qubada beynəlxalq simpozium - ERMƏNİ VƏHŞİLİYİ SÜBUTLARLA

 

Qubada “Tarixi Yerlər və Abidələr” adlı beynəlxaql simpozium keçirilib.

Quba Soyqırımı Memorial Kompleksində “Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu başlayıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, tədbirdə 5 ölkədən 50-ə yaxın alim və tədqiqatçı qatılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Soyqırımı Memorial Kompleksi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrs Araşdırma İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbir 2 gün davam edəcək.

İştirakçılar öncə soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Çıxış edənlər simpoziumun keçirilməsinin əsas məqsədinin dünyanın və Azərbaycanın müxtəlif yerlərində tarixi-mədəni irsi, memarlıq və xatirə abidələri, qədim şəhərləri və insanların həyat tərzini araşdıran alim və tədqiqatçıları bir araya gətirmək, regionlarda elm və mədəniyyətin inkişafına ictimai dəstək vermək olduğunu bildirib: “Bizim qarşımızda duran əsas məqsəd ən azı bu tarixi faktları dünya ictimaiyyətinə çatdırmaq, ermənilərin bizə torpaq iddialarının, işğal olunan Dağlıq Qarabağ torpaqlarının bu günün hadisəsi olmadığını, bunun özünün bir tarixi olduğunu nəzərə çatdırmaq, bununla da ermənilərin işğalçılıq fəaliyyətinin siyasətinin təbliğidir. Bütün bu hadisələrin ermənilərin kökündə işğalçılıq siyasəti durur”.

“Buraya gəldiyim üçün çox xoşbəxtəm. Qubada soyqırım olduğunu çox eşitmişdik. Burda toplu məzarlıqların ortaya çıxması, 12 min insanın soyqırıma məruz qalmasının dəlilləri var burda. Burda bir muzey yaradılıb. Bu çox önəmlidir. Bilirsiniz ki, biz Türkiyədə illərdən bəri erməniləri ortaya atdığı bir iftira olan “erməni soyqrımı”nın olmadığını isbatlamağa çalışırıq. Bunun üçün bütün dünyanı gəzib anlatmaq zorunda qalmışıq. Amma ermənilərin etdikləri bir soyqırım var”.

Simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, Gürcüstan, Oman və başqa xarici ölkələrdən olan alimlərin məruzələri dinləniləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR