Qubada bazardan meyvə oğurlayan şəxs tutuldu

Qubada bazardan meyvə oğurlayan şəxs saxlanılıb. APA TV-nin şimal bürosuna verilən məlumata görə, Quba sakini Ehtiram Talıbov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında bazar ərazisinə satmaq üçün gətirdiyi mövsümü meyvələrin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən rayon sakini, 22 yaşlı Əmrah Əmrahov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, oğurladığı meyvələri dəyərindən ucuz qiymətə satdığını və əldə etdiyi pulları xərclədiyini bildirib. Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR