Qubada başlayan yanğın lokallaşdırılıb
Avqustun 19-da Qubada dağlıq ərazidə başlayan yanğın lokallaşdırılıb. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə Zərqova kəndi ərazisində qeydə alınıb. Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin canlı qüvvəsi və texnikası, eləcə də Quba rayon İcra Hakimiyyətinin yerli qurumlarının və hüquq-mühafizə orqanlarının əməkdaşları yanğının söndürülməsi üçün çalışır. Yanğınla əlaqədar yaradılan qərarqahdan bildirilib ki, yanğın təxminən 30 hektar ərazini əhatə edir və artıq lokallaşdırılıb. Qeyd olunub ki, yanğın gün ərzində tamamilə söndürüləcək.
OXŞAR XƏBƏRLƏR
19:50
913
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
975
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
921
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
977
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
980
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
977