Qubada azyaşlını oğurluğa təhrik edən şəxs saxlanıldı
Qubada azyaşlını oğurluq etməyə təhrik edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, bir nəfər şəxs Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olması barədə məlumat verib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən 4400 manat pul oğurlandığı müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Aslan Xudaverdiyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, A.Xudaverdiyev törətdiyi cinayət əməlinə azyaşlı qonşusu Məmmədi də (ad şərti) müəyyən vədlər verməklə cəlb edib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Aslan Xudaverdiyevin barəsində həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə