Qubada 11 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur
Quba rayonunda 11 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA TV-yə verilən məlumata görə, Quba rayonunda həyata keçirilən yol infrastrukturu layihələri sırasında başlanğıcını M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan götürən 33 km-lik İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə uzanan yollardır.
11 yaşayış məntəqəsini əhatə edən digər İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun IV texniki dərəcəyə uyğun yenidən qurulması yekunlaşır.
Layihəyə uyğun olaraq mövcud yararsız asflat-beton örtük 5400 kub. m həcmdə sökülərək daşınıb, yolun torpaq yatağı genişləndirilib, yararsız qrunt 31 min kub. m həcmdə qazılıb çıxarılıb, qazılmış və genişləndirilmiş hissələrdə yararlı qrunt tökülərək hissə-hissə yayılıb və kipləşdirmə işləri aparılıb. Bu işlərin həcmi 48 min kub. m təşkil edib. Yol əsasının inşası yekunlaşmış ərazilərin isə artıq asfaltlanmasına start verilib.
Tikinti norma və standartlarına uyğun olaraq yol boyu suötürücü borular yararsız vəziyyətdə olduğu üçün müxtəlif diametrli 44 ədəd 528 paqon-metr uzunluğunda olan dairəvi dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının monolit-betonla tikintisi işləri aparılıb.
AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, sözügedən yolların uzun müddət təmir olunmadan istismarı nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmiş, yolun çınqıl və qara örtüyü tamamilə sıradan çıxmışdı, üstəgəl yol bəzi hissələrdə kənar relyefdən aşağı səviyyədə idi və torpaq yatağının eni standartlara cavab vermirdi. Sadalanan problemlərin, o cümlədən yollar boyu hərəkət nəticəsində yaşanan maneələrin dərhal aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi marşrut üzrə lazımi sayda qüvvə cəlb etməklə təxirəsalınmaz tədbirlərə start verib”.
İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə müasir yol infrastrukturunun yaradılması üçün icra olunan layihə çərçivəsində 148 ədəd yol nişanının, 33 ədəd km göstəricisinin və 1350 ədəd siqnal dirəyinin quraşdırılması, hərəkətin normal təşkili üçün 99 km uzunluğunda yolcizgi və yolgöstərici xətlərin, həmçinin 3 min metr yol birləşmələri və piyada keçidlərində piyada zolağının çəkilməsi nəzərdə tutulub.
Təbii ki, sözügedən istiqamət üzrə yolların əsaslı şəkildə yenidən qurulmasında məqsəd vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını rahatlaşdırmaqla qeyd olunan ərazilərdə vətəndaşların sosial rifah halına müsbət təsir edən kənd təsərrüfatının və turizmin inkişafı sürətləndirməkdir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."