Qoz ağacından yıxılan 40 yaşlı kişi öldü

 

Tovuzda bədbəxt hadisə baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

Kənd sakini, 1979-cu il təvəllüdlü Qasımov Mehman Yunus oğlu qoz yığarkən ağacdan yıxılıb. M.Qasımov xəstəxanaya aparılarkən yolda keçinib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR