Qoyun can, kəndli mal, baytar öz hayında... - HEYVANLAR SÜRÜ İLƏ QIRILIR

Lənkəranda xırdabuynuzlu heyvanlar arasında naməlum xəstəlik aşkarlanıb.

APA TV-nin cənub bürosunun məlumatına görə, yoluxucu xəstəliyin törədici mənbəyi rayonun Digah kəndindən Qasımovlar ailəsinin təsərrüfatında aşkarlanıb.

Xəstəlik dırnaqların uzanması, soyulması, nəhayət və çürüməsi ilə özünü göstərir. Heyvanlar bir neçə gün oturaq vəziyyətdə qaldıqdan sonra tələf olur. 

Baytarlar tədbirlər görsə də, təsiri yoxdur. Təsərrüfat sahibi də məhz bundan narazıdır: “4 ildir bu xəstəlik düşüb, haradasa, 100-120-yə qədər qoyunum var idi. Bir həftə bundan qabaq 67 qoyun qalmışdı. Məcburən mən də onu kəsirəm, basdırıram, aparıb atıram zibilxanalara. Mən onu satsam, insanlara xəstəlik keçər. Sağalda bilmirəm bunları. Mənim sürüm məhv olub, 23 dənə qoyunum qalıb. Birinci dedilər dabaq, sonra dedilər göbələkdir. Dərman yazıblar, almışam, vurub. Bir həftəyə sənin qoyunların düzələr deyiblər”. 

Heyvan saxlayanlar narahatdır. Yoluxucu xəstəliklərin insanlara və ya təsərrüfatlarındakı digər növ heyvanlara keçməsindən ehtiyat edirlər. Lənkəran Rayon Baytarlıq İdarəsində isə məsələdən indi xəbər tutduqlarını dedilər: “Xəstəliyi birinci laboratoriya müayinə etməlidir. Amma orda infeksiyadan söhbət gedə bilməz. Dırnaq çürüməsi mikrobakterioz xəstəlik ola bilər. Onların da heç bir peyvəndi baytarlıq idarəsinə verilmir. Lənkəran rayonunda havaların yağmurlu və nəmişli keçməsi ilə əlaqədar xırdabuynuzlu heyvanlarda dırnaq xəstəliyinə təsadüf edilir. Dırnağı yara olmuş, zədələnmiş heyvan oturur, dura bilmir, qida məhsullarını qəbul edə bilmir, həqiqətən o tələf ola bilər”.

İdarə rəisi həmçinin əlavə etdi ki, bu heyvanlar baytarlıq idarəsinin artıq nəzarətindədir, yaxın günlərdə xəstəlik ləğv ediləcək. Ümumiyyətlə isə heyvanlar vaxtı-vaxtında peyvənd edilir və rayonda epizootik vəziyyət sabitdir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR