Qonşusunu vurduğu tüfənglə özünü də öldürdü - SAATLIDA TOYDAN SONRA FACİƏ

MUSİQİ SİFARİŞİ ÜSTÜNDƏ QONŞUSUNU ÖLDÜRDÜ, ÖZÜ İNTİHAR ETDİ Saatlıda qonşusunu güllələyən şəxs intihar edib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, iyulun 26-da gecə saatlarında toyda musiqi sifarişi üstündə qonşular arasında münaqişə yaranıb. Toydan çıxan Bəylər kənd sakini, 1983-cü il təvəllüdlü Məhərrəmov Fürsət Qoca oğlu daha 2 nəfərlə “Niva” markalı avtomobillə qonşusunun evinə gəlib. O, darvazaya çıxan qonşusu - 1974-cü il təvəllüdlü Həsənov Mübariz Oruc oğluna ov tüfəngindən 2 dəfə atəş açmaqla onu qətlə yetirib. Daha sonra yaşadığı ünvanın həyətində özünü boğaz nahiyəsindən güllə ilə vuraraq öldürüb: “Kənddə toy vardı, qudasıgildə toy idi. Oynadıqları yerdə buna söz atıblar, bu da qaçmaq istəyib. Arxası ilə gəlib onu döyüblər. Ondan sonra sakitləşiblər. Toy dağılana yaxın gəlib evə. İstirahət edirmiş, yatmağa gedəndə ona zəng gəlib, telefonu məndədi, hələ bilmirəm kim zəng edib. Gəlib daravazanı açanda elə orda güllə ilə vurublar. Aralarında heç bir ədavətləri olmayıb. Olubsa da mən bilmirəm”. Baş vermiş qətl hadisəsi ilə bağlı saxlanılanlar var. Faktla bağlı cinayət işi açıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR