Qolları məftillə bağlanmış kişi və qadın meyiti tapıldı
Ağdam rayonun işğaldan azad olunan ərazilərində insan skeletləri aşkarlanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Uzundərə adalan ərazisində qeydə alınıb. Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlə aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb. Skelet sahiblərinin paltarlı basdırıldığı müəyyən olunub. Hadisə şahidlərinin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub. Bu barədə məlumat əldə edən APA-nın əməkdaşları hüquq mühafizə orqanlarına məlumat verib.
Hadisə yerinə baxış keçirən polis və prokurorluq orqanlarının əməkdaşları hər iki insan sümüyü qalıqlarını ekskumasiya edərək aidiyyatı üzrə tibbi ekspertizaya göndərib. Skeletlərin yaşı və kimliyi məhz araşdırma başa çatdıqdan sonra məlum olacaq.
Qeyd edək ki, Ağdam şəhəri və yeddi km yaxınlığındakı Uzundərə adlanan ərazi 1993-cü ilin iyul ayının 23-dən erməni işğalında olub. Bu ərazilər 27 il Ermənistan silahlı qüvvələrinin nəzarətində olub. Bu da o deməkdir ki, bu skeletlər girov düşmüş vətəndaşlara aid ola bilər.
Elgün Gəncimsoy, Arzu Quliyev, APA Tv - Ağdam
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib