Qohumlarını toyda qoyub, onların evlərinə getdi - OĞRU SSENARİSİ
Qubada toydan çıxan şəxs dayısının və əmioğlusunun evindən oğurluq edib. APA TV-nin məlumatına görə, Quba polisinin əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Təngəaltı kəndində iki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb. Ələ keçən şəxs 24 yaşlı Qalib Orucəliyev dindirilmə zamanı o, törətdiyi oğurluq hadisələrini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, Q.Orucəliyev qohumlarının kənddə toyda olmasından istifadə edərək onların evlərindən pul və qızıl-zinət əşyaları oğurlayıb: “Kənddə toy var idi. Gedib orda yeyib-içdim. Toydan çıxanda dayım və əmimoğlunun evlərinə girib pul, qızıl götürdüm”. Q.Orucəliyev tərəfindən oğurluq yolu ilə əldə edilmiş pul və qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir. Həmin şəxsin başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."