Qohumlar ziyarətgah yolunda qəzaya düşdü: 1 ölü, 4 yaralı

 

Cəlilabadda ağır yol qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gün Dələli kəndi ərazisində qeydə alınıb.

64 yaşlı Şikar Əli oğlu Dadaşov sərt döngədə idarəetməni itirib və "Mercedes" markalı minik avtomobili aşıb.

Nəticədə Masallı rayon sakinləri olan sürücü və sərnişinləri - 58 yaşlı Xatirə Əyyub qızı Dadaşova, 35 yaşlı Xəyalə Şikar qızı Dadaşova və 13 yaşlı Elmin Emin oğlu Əlibəyli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sərnişinlərdən 39 yaşlı Emin İntiqam oğlu Əlibəyli həyatını itirib.

Maşındakı 2 ailənin üzvləri qohumdur və ziyarətgaha gedirmişlər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR