“Qocalar Evi” niyə yandı? - Səbəblər araşdırılır
Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yerləşən qocalar evində güclü yanğın qeydə alınıb. Hadisənin səhər saatlarında elektrik naqillərində baş verən qısa qapanmadan qayaqlandığı ehtimal edilir. Qocalar evi bir müddətdir ki, fəaliyyətini dayandırıb. Burada uzun müddətdir ki, 3 məcburi köçkün ailəsi məskunlaşıbmış. Yanğın zamanı xəsarət alan olmasa da ailələrə məxsus əşyalar sıradan çıxıb.
Hadisə yerinə Bərdə və Tərtər rayonlarından yanğınsöndürənlər cəlb edilib, alov yanğınsöndürənlər tərəfindən tam söndürülüb. Təhlükəsizlik tədbirləri məqsədi ilə rayon polis şöbəsinin əməkdaşları da əraziyə cəlb edilib. Bərdə rayon icra hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Vahid Qarayev bildirib ki, ümümi ərazisi 1124 kvadratmetr olan iki mərtəbəli binanın 614 kvadratmetr ərazisi yanıb.
Qeyd edək ki, yanan bina 2 mərtəbə, bir səhnə və 20 otaqdan ibarətdir. 571 kvadratmetr olan binanın dam hissəsinin 361 kvadratmetri və 253 kvadratmetr olan səhnə hissəsi yanıb. 20 otaq isə yanğından mühafizə olunub. Hazırda hadisənin baş vermə səbəbi Fövqəladə hallar nazirliyi və hüquq mühafizə orqanları tərəfindən araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək