Qobustanda virusun yayılmasına şərait yaradan iki COVID-19 xəstəsi saxlanılıb
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman iki koronavirus xəstəsinin karantin qaydalarını pozduqlarını aşkarlayıblar.
APA TV-nin yerli bürosunun məlumatına görə, Qobustan şəhər sakini Faiq Səlimova və rayonun Bədəlli kənd sakini Vahid Bəndəliyevə COVID-19 testlərinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilsə də, ancaq onlar yaşadıqları ünvanları tərk ediblər.
Polis əməkdaşları tərəfindən həmin şəxslər şəhər və kənd ərazisində hərəkətdə
olarkən saxlanılıblar. Onlar polis əməkdaşlarının da müşayiəti ilə yaşadıqları
ünvanlara göndəriliblər.
İnfeksiya daşıyıcıları olduqlarını bilə-bilə virusun daha geniş yayılmasına
şərait yaradan F.Səlimov və V.Bəndəliyev barəsində Qobustan Rayon Polis
Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”