Qobustanda dəhşətli qətl: evinə dəvət etdiyi dostunu bıçaqladı
Qobustan rayonunda qətl hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Qobustan rayon sakini, 1985-ci il təvəllüdlü Rövşən Tarverdi oğlu Məhərrəmov 1975-ci il təvəllüdlü dostu və həmyerlisi Elman Ziyadxan oğlu Cabbarovu öz evinə qonaq dəvət edib.
Onlar yeyib-içdikdən sonra aralarında mübahisə baş verib. Mübahisə zəminində Rövşən mətbəx bıçağı ilə Elmana bir neçə xəsarət yetirib. O, aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, Rövşən həmin evdə tək yaşayır. Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov
APA TV
OXŞAR XƏBƏRLƏR
11:43
1229
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1235
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1265
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1353
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1944
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1965