Qlobal media forumu iştirakçıları Şuşa ilə tanış olublar
Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun iştirakçıları şəhərlə tanış olublar. Əvvəlcə Şuşa qala divarlarını ziyarət edən qonaqlar sonra Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. Onlar daha sonra Şuşada Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı, Yuxarı Gövhər Ağa məscidi, Mehmandarovların malikanəsi, Qazançı kilsəsində olublar. Gəzinti zamanı işğal dönəmində mədəniyyət abidələrinə ermənilər tərəfindən vurulan ziyan barədə məlumat verilib. Sonda Cıdır düzünə gələn qonaqlar mənzərəni seyr ediblər. Qeyd edək ki, 250 media təmsilçisinin iştirak etdiyi Şuşa Qlobal Media Forumu 23 iyulda öz işini başa vuracaq.
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi