Qızılağac Körfəzinə 10 min körpə balıq buraxılıb
Qızılağac milli parkının yaranması günü ilə əlaqədar “Xüsusi mühafizə olunan təbiət ərazilərinin potensialı, genişləndirilməsi, mühafizəsi və ekoturizmin inkişafı” mövzusunda parkda seminar-müşavirə keçirilib. Tədbir çərçivəsində Kiçik Qızılağac Körfəzinə 10 min körpə balıq buraxılıb.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, seminar-müşavirədə ölkə ərazisində bioloji müxtəliflik sahəsində mövcud vəziyyət, perspektivlər, bioloji müxtəlifliyin komponentləri, müzakirə olunub, “Qırmızı Kitab”a düşmüş flora və fauna növlərinin mövcud vəziyyəti təhlil edilib. Bildirilib ki, Azərbaycanın ilk Qırmızı kitabında 140 və 108 fauna növ təmsil olunub. 2013-cü ildə nəşr olunana 2-ci kitabda tendensiya artma üzrə davam edib. Belə ki, “Qırmızı Kitab”a 226 fauna və 300 bitki növü daxil edilib.
Daha sonra Qızılağac milli parkındakı Kiçik Qızılağac körfəzinə balıq körpələri buraxılıb. Ümumiyyətlə il ərzində 3 milyon 600 min çəkikimi balıqlar yetişdirilib.
2022-2023 illər ərzində Xəzər dənizinə 7 milyona qədər balıq körpələrinin buraxılması nəzərdə tutulub.
İlkin Rzayev,
Rövşən Almazoğlu,
APA TV, Lənkəran
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi