Qızıl hərflərlə yazılan tarix - Aprel döyüşləri
2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, Ermənistan Silahlı qüvvələrinə ağır zərbələr vurulması 44 günlük Vətən müharibəsindəki zəfərin başlanğıc nöqtəsi oldu. 4 gün davam edən şiddətli döyüşlərin ildönümü ilə əlaqədar Azərbaycan Hərb Tarixi Muzeyində həmin əməliyyatlarda iştirak etmiş hərbi qulluqçularla görüş keçirilib.
Aprel döyüşlərinin iştirakçısı, kapitan Bəşirov həmin günləri iftixarla xatırladığını bildirib:
Mayor Abdullayev isə deyib ki, Aprel döyüşlərində özünə inamımız daha da gücləndi.
Aprel döyüşlərinin iştirakçısı , quru qoşunlarının zabiti - Polkovnik Leytenant Muradov isə bildirib ki, Aprel döyüşləri ordumuzun tarixinə qızıl hərflərlə yazılıb:
Xatırladaq ki, 2016-cı il aprelin 1-dən 5-dək davam edən əməliyyatlarda Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madaqiz) kəndi istiqamətindəki yollar düşməndən azad olunub. Döyüşlər zamanı Ermənistana məxsus 30-dək tank, 320 döyüşçü məhv edilib, 500-dən artıq döyüşçü yaralanıb.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı