"Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
Qəbələdə adı “Qırmızı Kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA TV-yə verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayonun Vəndam qəsəbəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Hacıömər Abbasovun idarə etdiyi “İveco” markalı yük avtomobili saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman oradan adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən 2 baş maral aşkar edilib. Sürücü Hacıömər Abbasov şübhəli şəxs qismində saxlanılıb. O, ifadəsində həmin maralları Zaqataladan Qəbələ rayonuna satmaq məqsədilə gətirdiyini bildirib.
Polis əməkdaşları tərəfindən həmin marallar Şahdağ Milli Parkına təhvil verilib.
OXŞAR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama