Qırğız Respublikasının Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 20-də rəsmi qarşılanma mərasimi olub.
APA TV xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qırğız Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovu qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Qırğız Respublikasının Prezidentinə raport verdi.
Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamladı.
Prezident İlham Əliyev və Prezident Sadır Japarov fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir