Qəzetlər niyə satılmır? – DEPUTAT SƏBƏBLƏRDƏN DANIŞDI
“Sayt bizim əlimizdə deyil. Sayt arxiv deyil. Saytı istənilən vaxt bağlaya, istənilən materialı çıxarda bilərsən. Saytların arxivi Bil Qeytsin əlindədir”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, qəzetlər isə arxivdir: “Qəzetin satışı üçün respublika ərazisində şərait yoxdur. Küçədə qəzet satışı qadağan olunub. Bu qəzet camaata necə satılsın? Qəzetin birini də mən buraxıram. Qəzetə abunə yazılan yoxdur, dövlət qadağan edib. Azərbaycanda heç kəs reklam vermir. Çünki Azərbaycanda bir sement zavodu var, bir qida təşkilatı var. Rəqabət yoxdur. Reklam toyxana ilə yasxana idi, indi o da yoxdur. Reklam vəsaitləri qəzetlər, saytlar arasında bölünməlidir. Reklam bazarı olmadığı müddətdə qəzetlər dayanır. Sağ olsun Azərbaycan hökuməti, qəzeti dəstəkləyir. Yoxsa qəzetlər bağlanar gedər”.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib